"Arsenal"ın baş məşqçisi koronavirusa yoluxdu

"Arsenal"ın baş məşqçisi koronavirusa yoluxdu
İDMAN
20:09 29.12.2021
327
İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

AZXEBER.COM London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssis karantinə alınıb. O, evdə "Mançester Siti"yə qarşı keçirəcəkləri Premyer Liqanın XX tur matçında texniki zonada yer almayacaq.

Qarşılaşma 2022-ci il yanvarın 1-də "Emireyts" stadionunda oynanılacaq.
OXŞAR XƏBƏRLƏR