İngiltərənin "Arsenal" klubunun zədə səbəbindən əməliyyat olunan müdafiəçiləri Qabriel Maqalyans və Yurrien Timber məşqləri bərpa ediblər.
Hər iki futbolçu "topçular"ın sonuncu məşqinə qoşulublar.
Maqalyans apreldə bud nahiyəsindən, Timber isə mayda ayaq biləyindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ilk turunda, avqustun 17-də "Mançester Yunayted"lə qarşılaşacaq.