İngiltərənin "Arsenal" klubunun keçmiş yarımmüdafiəçisi Tomas Parti Londonda məhkəmə qarşısına çıxıb.
5 təcavüz hadisəsində ittiham olunan 32 yaşlı futbolçu sentyabrın 2-də keçiriləcək növbəti iclasa qədər girov müqabilində azadlığa buraxılıb.
Partidən hər hansı bir ittihamla bağlı izahat verməsi istənilməyib. Qanalı oyunçu iki qadınla bağlı beş zorlamada, həmçinin daha bir qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Bütün cinayətlər 2021-ci ilin aprelindən 2022-ci ilin iyununadək olan dövrdə baş verib.
Qeyd edək ki, T.Parti 2020-ci ildə İspaniyanın "Atletiko" klubundan "Arsenal"a 50 milyon avro qarşılığında transfer olunmuşdu. Yarımmüdafiəçi komandada 167 matçda meydana çıxıb. Onun müddəti bu yay başa çatan müqaviləsi uzadılmayıb.
///Report