Artur Rasizadə sabiq nazir müavinləri barədə qərar verdi

MARAQLI
11:05 04.11.2011
4704

Onların hər üçü Təhsil Nazirliyinin kollegiya üzvlüyündən çıxarıldı Təhsil nazirinin sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifələrdən azad edilsələr də, indiyədək Təhsil Nazirliyinin kollegiya üzvlüyündə qalırdılar. Buna səbəb isə sabiq nazir müavinlərinin kollegiya üzvlüyündən çıxarılması barədə Nazirlər Kabinetinin qərarının olmaması idi.Artıq belə bir qərar verildi. Baş nazir Artur Rasizadənin qərari ilə sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova Təhsil Nazirliyinin kollegiya üzvlüyündən çıxarılıb. Bu barədə Modern.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Baş nazir Artur Rasizadənin noyabrın 3-də imzaladığı qərarla "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişikliklər edilib. Qərarda bildirilib ki, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının "Kollegiyanın üzvləri" bölməsindən "İsgəndərov İsgəndər Barat oğlu - təhsil nazirinin müavini", "Hüseynova İradə Mehdiqulu qızı - təhsil nazirinin müavini", "Qasımov Elmar Eldar oğlu - təhsil nazirinin müavini" sözləri çıxarılsın və "Nağıyev Piri Abbas oğlu - Naxçıvan MR-in təhsil naziri" sözlərindən əvvəl "Novruzov Qulu Novruz oğlu - təhsil nazirinin müavini" sözləri əlavə edilsin. İndi Təhsil Nazirliyininkollegiya üzvləri aşağıdakı şəxslərdir: Kollegiya sədri, nazir Misir Mərdanov, Naxçıvan MR təhsil naziri Piri Nağıyev,təhsil nazirinin müavini Qulu Novruzov,Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Pedaqojı Universitetin rektoru Yusif Məmmədov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva.

Sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova sentyabrın əvvəlində tutduqları vəzifələrdən azad ediliblər.Ölkə başçısının sərəncamı ilə hələlik təhsil nazinin bir yeni müavini təyin edilib, o da Qulu Novruzovdur. Digər iki nazir müavini posti boş olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya