Arvadı və qızları İŞİD-ə qoşulan şəxs Ramil Usubova müraciət etdi

Arvadı və qızları İŞİD-ə qoşulan şəxs Ramil Usubova müraciət etdi
Bütün Xəbərlər
10:55 30.11.2015
4110
İki qızı ilə birlikdə İŞİD-ə qoşularaq Azərbaycanı qanunsuz şəkildə tərk edən Pərvanə Yusifovanın həyat yoldaşı daxili işlər naziri Ramil Usubova müraciət edib.AZXEBER.COM xəbər verir ki, bu barədə AzNews.az-a Suriyaya qaçan qadının həyat yoldaşı İlqar Yusifov məlumat verib. O, müraciət etmə səbəbini həyatının təhlükədə olması ilə əlaqələndirib. Nazirə edilən həmin müraciətdə bildirilir ki, ailəsini ölkədən çıxaran, onları cinayətkar qruplaşmalara yardım üçün aparan şəxslərlə bağlı aidiyyəti qurumlara müraciəti, eyni zamanda bu məsələni içtimailəşdirməsi onun həyatını riskə atıb:“Həyatımın təhlükədə olmasını hiss edərək sizdən xahiş edirəm ki, həyatımın təhlükəsizliyini təmin edəsiniz”.
OXŞAR XƏBƏRLƏR