‘Arvadımın telefonunda onun nömrəsini gördüm və onu bıçaqladım’ – VİDEO

‘Arvadımın telefonunda onun nömrəsini gördüm və onu bıçaqladım’ –  VİDEO
KRİMİNAL
17:05 10.11.2015
3318

“O, mənim anamı vurdu, aşırtdı”

Şəmkir rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Region TV-yə istinadən xəbər verir ki, kənd sakini Mövlan Məmmədov qonşusu Elnur Xəlilovu bıçaqla ölümcül yaralayıb.

Səbəb isə Elnur Xəlilovun qonşusunun həyat yoldaşı ilə vaxtaşırı zəngləşməsi olub.

Şəmkir rayonunun Qapanlı kənd sakini, 22 yaşlı Elnur Xəlilov noyabr ayının 9-u axşam saatlarında üzərində bıçaq yaraları olan xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər dərhal əməliyyat otağına götürülən yaralının üzərində 4 bıçaq zərbəsi aşkarlayıb. Görülən təcili və təxirəsalınmaz tibbi yardımdan sonra Elnur Xəlilov həyati təhlükədən xilas olub. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nurlan Qurbanov - həkim: “Döş qəfəsinin arxa səthinin 3 ədəd kəsilmiş-deşilmiş yarası və üzünün sağ yarısının kəsilmiş yarası diaqnozu ilə daxil olub. Təftiş zamanı məlum oldu ki, zərbələrdən biri yara kanalından daxilə nüfuz edir. Odur ki, xəstə təcili olaraq əməliyyata götürüldü. Hazırda vəziyyəti keçdirdiyi əməliyyata uyğundur”.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlilovu bıçaqlamaqda şübhəli bilinən qonşusu 28 yaşlı Mövlan Məmmədov saxlanılıb. Şöbədə dindirilən Məmmədov cinayəti törətdiyini etiraf edib. O bildirib ki, Elnur Xəlilovu həyat yoldaşı ilə vaxtaşırı zəngləşdiyi üçün bıçaqlayıb.

Mövlan Məmmədov - saxlanılan şəxs: “Arvadımın telefonunu yoxladım, onun nömrəsi çıxdı. Zəng elədim ona, mübahisəmiz yarandı. Onlar bizim evə hucuma gəldilər. Əvvəlcə atası və anası, sonra isə özü gəldi. O, mənim anamı vurdu, aşırtdı. Mən də cibimdən bıçağı çıxarıb, üzünə, sinəsinə vurdum”.

İki uşaq atası olan Məmmədov əməlindən peşman olmadığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı