AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan iclasda çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri 29, 120.1-ci maddəsinə tövsif edilib.
Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.
Qeyd edək ki, Ehtibar Nehmətov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hadisə ötən ilin fevral ayında Lənkəranda baş verib. E.Nehmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla Təranə Nehmətovaya xəsarət yetirib.










































