Sumqayıtda 44 yaşlı qadın bıçaqlanıb.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı yaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.