Çində 28 il bundan öncə CenZonghao adlı bir adam 18 yaşdan kiçik olan bir qızı qucaqladığı üçün, qızın ailəsi tərəfindən polisə şikayət edilib. AZXEBER.COM portalının “China Daily” qəzetinə istinadən verdiyi xəbərə görə, CenZonghao bunun ardından yaşadığı yerdən 1000 km aralıda yerləşən kiçik bir qəsəbəyə köçsə də, 28 il sonra polis onun izini tapıb. Ancaq, 28 ildən sonra belə aydın olub ki, Cen həmin qadınla artıq ailə həyatı qurub.
Polis tərəfindən həbs edilən Cen, daha sonra pul cəriməsi ilə sərbəst buraxılıb.