ARB TV-də yayımlanan "Günə Uğurla” verilişində müğənni Arzuxanım ona qarşı səsləndirilən tənqidlərə münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, sənətçi insanın həyatda mütləq məqsədinin olmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hamı tərəfindən sevilmək mümkün deyil və bu, mübarizənin bir hissəsidir:
"Hamı səni sevsə, sən mübarizə apara bilməzsən. Mən istəyirəm ki, bu cür insanların sayı çox olsun. Əgər bu gün mən sevilirəmsə, deməli mən varam, sənətim var və qəbul olunuram.”
Arzuxanım qeyd edib ki, mahnılarını bəyənmədiklərini deyənlər olsa da, həmin şəxslər yenə də onun ifalarını dinləyirlər. Müğənni yaxın zamanda bütün Azərbaycanı silkələyəcək yeni bir mahnı təqdim edəcəyini də bildirib:
"Hər şey təkrarsız olanda gözəldir.”
Veriliş zamanı aparıcının "Sənin sənətin haqqında kim fikir bildirə bilər?” sualına cavab verən Arzuxanım Azəri qızı Günelin onun sənəti barədə fikir bildirmə haqqı olmadığını deyib:
"Mənim sənətim haqqında yalnız müəllimim, Əməkdar artist Zakir Əliyev fikir bildirə bilər. Azəri qızı Günelin nə Türkiyədə, nə də Azərbaycanda geniş tanınmışlığı olub. Yaddaqalan hansı mahnısını deyə bilərsiniz? Amma mən bütün mahnılarımı Azərbaycanda sevdirmişəm.”
Müğənni əlavə edib ki, indiyə qədər heç kimin nə sənəti, nə də şəxsi həyatı ilə bağlı açıqlama verməyib. Lakin onun sənətinin lağ obyektinə çevrildiyi halda, buna cavab verməyi öz haqqı hesab edir.
Daha ətraflı məlumatı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:










































