"Asiya ədəbiyyatı önə çıxır"

MƏDƏNİYYƏT
16:01 20.12.2024
556
Dekabrın 15-18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Asiya xalqları ədəbiyyatı; ənənələr və müasir tendensiyalar” adlı beynəlxalq elmi konfrans keçirilib.
 
Konfrans və onun nəticələri ilə bağlı İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli fikirlərini AZXEBER.COM-a bildirib: 

"Artıq konfrans başa çatdığından onun haqqında müəyyən fikir yürütmək olar. Deyim ki, təəssüratlar gözlədiyimizdən də yuxarıdır. Təsəvvür edin, ilk dəfə Asiya ədəbiyyatına həsr edilmiş elmi simpozium keçirilir və dünyanın müxtəlif yerlərindən gəlmiş alimlər müzakirəyə qoşulur. Biz bu konfransa ilin əvvəlindən hazırlaşırdıq. Olduqca mühüm, verimli bir elmi toplantı oldu.
 
Asiya ölkələrindən 20-ə qədər məruzələr edildi. Ümumilikdə edilən 50 məruzədə Asiya ədəbiyyatının müxtəlif problemləri, şəxsiyyətləri, ədəbi inkişaf təmayülləri ələ alındı. Eləcə də müqayisəli ədəbiyyatşünaslıq kontekstində xeyli məruzələr vardı. Deyim ki, müqayisəli ədəbiyyatşünaslığa son illərdə böyük əhəmiyyət verilir. Biz də buna üstünlük verdik. İndiyədək aparılan araşdırmalarda Avropa və Amerika ədəbiyyatına daha çox üstünlük verilirdisə, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin açılmasından sonra Asiya ədəbiyyatı ağırlıq təşkil etməyə başladı. Elə dünya bədii düşüncəsində də Asiya ədəbiyyatı önə çıxmaqdadır. Son illərdə siya ədəbiyyatının bir neçə nümayəndəsi Nobel mükafatına layiq görülüb. Artıq hind, yapon, çin, korey ədəbiyyatının görkəmli nümayəndələri bu mükafata layiq görülüb.

Konfransda Çin, Yaponiya, Koreya, İndoneziya, Hind, Pakistan, Vyetnam, Qazax, Türk, Azərbaycan, Qırğız, Özbək, Malay ədəbiyyatından edilən məruzələr böyük maraq doğurdu. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşkilatçılığı ilə keçirilən konfransa dünyanın müxtəlif ölkələrindən görkəmli alimlər dəvət olunmuşdu. Asiya Elmlər Akademniyası və Cəmiyyətlər Assosiasiyasının prezidenti Əhməd Nuri Yurdisev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Arif, Cənubi Koreyanın Seul Milli Universitetinin professoru Bang Min-Ho, Vyetnam Hanoy Universitetinin professoru Nquyen Van Çhien, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat tədqiqatları İnstitutunun direktor əvəzi, professor Lu Yusong, həmin Universitetin professoru Huang Xiangi, Fərqanə Dövlət Universitetinin ədəbiyyatşünaslı kafedrasının müdiri Mənzurə Jurayeva, Qazaxıstanın Abay Milli Pedaqoji Universitetinin müəllimi Janakul Sametova, Hindistanın Camiə Milli Universitetinin dosenti Nouşad bəy, Özbəkistan Milli Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun böyük elmi işçisi Gülnaz Səttarova, Latviya Universiteti Asiyaşünaslıq departamentinin müdiri Kaspars Klavis, eləcə də 20-ə qədər xarici qonaqlar qatıldı və məruzələr etdilər.

Konfrans başa çatdıqda məlum oldu ki, əziyyət çəkdiyimiz bu elmi toplantı bir ilkdir. Bundan sonra da bu ənənəni Azərbaycanda 3 ildən bir davam etdirmək qərara alındı. Artıq Özbəkistan, Pakistan, Türkiyə, Koreya, Hindistan kimi ölkələr bu cür konfransların keçirilməsini məqsədə uyğun hesab etdilər. Qonaqlar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Pakistan, Çin, Mehmet Akif Ərsoy mərkəzləri ilə tanış oldular və böyük təəssüratlarla ayrıldılar. Bu cür elmi toplantıların tez-tez keçirilməsinin Asiya ədəbiyyatının araşdırılmasına böyük töhfələr verdiyi qərara alındı. Qeyd olundu ki, elmin inkişafı ilə yanaşı, xalqlar arasında elmi, mədəni, ədəbi, siyasi inteqrasiyanı da sürətləndirir və intensivləşdirir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır