ASS dövlət tenderinin qalibi oldu

ASS dövlət tenderinin qalibi oldu
MARAQLI
12:37 15.11.2011
1751

Azərbaycan Sənaye Sığorta Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması ilə əlaqədar tenderin qalibi olmuşdur.

Azərbaycan Respublikası Mərkəzi Bankı öz balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması ilə əlaqədar keçirdiyi tenderin nəticələrini elan etmişdir.

AZXEBER.COM-un məlumatına görə, tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən tender komissiyasının qərarı ilə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyəti tenderin qalibi elan edilmişdir. Bundan sonra sığorta şirkəti ilə müvafiq sığorta müqavilələri bağlanmışdır.

Tenderdə bir çox yerli sığorta şirkətləri iştirak etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan Sənaye Sığorta” ASC bu tenderdə ilk dəfə təkliflə çıxış etmişdir, nəticədə əmlak sığortası və nağd pulun sığortası üzrə tenderin qalibi olmuşdur.

"Azərbaycan Sənaye Sığorta" ASC-nin təqdim etdiyi təkliflər əsasən maliyyə və sığorta şərtləri amilləri üzrə qiymətləndirilmiş və Mərkəzi Bankın tələblərinə cavab verən ən uyğun təkliflər hesab edilmişdir.

Xatırladaq ki, şirkətin səhmdarları, hər birinin payı 50% olmaqla “Azərbaycan Sənaye Bankı” ASC və “Anadolu İnvestment Company” MMC-dir. Şirkət Cİ Sığorta Şirkəti adı ilə 17 dekabr 1996-cı ildə təsis edilmişdir və 12 mart 2007-ci ildə adını dəyişdirərək “Azərbaycan Sənaye Sığorta” Şirkəti kimi fəaliyyətini davam etdirmişdir.

Şirkətin nizamnamə kapitalı 6,000,000 AZN təşkil edir. Şirkət müştərilərə 28 könüllü və 5 icbari olmaqla cəmi 33 sığorta növü üzrə xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi