13:12 Bazar Günü, 21 Iyul 2019
SOSİAL

Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları açıqlandı

12:19, 17.06.20194349
Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları açıqlandı
Xəbər verdiyimiz kimi,  Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib. Böyük Kəsik kəndi ərazisində  nəsillər arasındakı köhnə ədavət cəzaçəkmə müəssisəsindən yeni qayıdan şəxsə görə qızışıb.

Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları məlum olub.

AZXEBER.COM-un Report-a istinadən verdiyi məlumatına görə, kütləvi dava zamanı insanlara oldu silahdan atəş açan şəxs 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğludur.

Ölənlərin 3-ü bir ailənin üzvləridir. Bunlar Musayeva Şərqiyyə, Musayev Şəmsəddin və Musayev Novruzdur. Ölən digər şəxsin adı dəqiqləşdirilir.

Xatırladaq ki, Ağstafadakı kütləvi dava zamanı 2 nəfər saxlanılıb. 
XƏBƏR LENTİ