Astarada ağacdan yıxılan kişi ölüb

Astarada ağacdan yıxılan kişi ölüb
SOSİAL
17:57 04.07.2025
286
Astara rayonunda ağacdan yıxılan kişi ölüb.

AZXEBER.COM-un report-az-a istnadən məlumatına görə, hadisə rayonun Ovala kəndində baş verib.

Ağ Körpü kənd sakini, 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev ağac budayarkən 30 metr hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR