Asteroid Ayla toqquşacaq

Asteroid Ayla toqquşacaq
MARAQLI
20:53 25.06.2025
280
2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki "2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olaraq qiymətləndirilmişdi.

Bu göstərici bu ölçüdə bir obyekt üçün qeydə alınan ən yüksək ehtimal hesab olunurdu. Lakin sonrakı müşahidələr bu riski aradan qaldırıb. 2025-ci ilin mayında Cames Vebb Kosmik Teleskopu tərəfindən aparılan yeni analizlər asteroidin Aya çırpılma ehtimalının 4,3 faizə yüksəldiyini göstərib.

Kanadanın Qərbi Ontario Universitetindən astronom Pol Vigertin rəhbərlik etdiyi qrupun simulyasiyasına görə, bu zərbə son 5 min ildə Ayı vuran ən böyük obyekt hadisəsi ola bilər. Zərbə zamanı Ayın səthindən 100 milyon kiloqram qaya və toz kosmosa atılacaq. Əgər zərbə Ayın Yerə baxan tərəfində baş verərsə, bu materialların 10 faizi Yerə doğru hərəkət edə bilər. Bu hissəciklər Yer atmosferində yanaraq məhv olacağı üçün Yer üçün təhlükə yaratmır, lakin orbitdəki peyklər üçün ciddi risk yaradır.
Alimlərin fikrincə, bu ölçüdə hissəciklər saniyədə on minlərlə metr sürətlə hərəkət edərək peyklərə zərər verə bilər. Zərbədən sonra orbitdə adi haldan min dəfə artıq mikrometeor ola bilər. Ayın Yerə baxan tərəfinə birbaşa zərbə ehtimalı isə yalnız 2 faizdir.
 
//sfera.az
OXŞAR XƏBƏRLƏR