"Ay bütün günü Dolça bürcündə səyahət edəcək".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb və 25 iyun bürcləri nə gözlədiyi haqqında məlumat verib.
O paylaşımda bildirib:
"Ay bizim duyğularımızı və hisslərimizi təmsil edir, Dolça isə zəkanın və müstəqilliyin göstəricisidir.
Ay Dolça bürcünə keçəndə biz emosional olaraq azad oluruq. Deməli, duyğularımızda azadlıq küləyi əsir. Ürəyimizin ortasına bir külək gülü qoysaq, fırlanmağa başlayacaq. Sanki içimizdə nəsə deyir ki, "hər kəs öz yoluna, hər kəs öz ağlı ilə”.
Hər şey daha məntiqli, daha obyektiv görünəcək.
Xüsusilə münasibətlərdə "Bir az məsafə yaxşıdır, hər kəsə bir az azadlıq lazımdır” rejiminə keçirik. Biz özümüzlə hamı arasında kiçik bir məsafə saxlamaq və öz başımıza olmaq istəyə bilərik".
Oksana