Məşhur astroloq Dinçer Güner Günəş və Yupiterin sekstil bucaq əmələ gətirəcəyini deyib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu hadisə bürclərə ciddi təsir göstərəcək.
Güner iki günlük təsir müddəti olacaq inkişaflara qarşı xəbərdarlıq edib:
"Optimist olacağımız, bəxtimizin üzümüzə güləcəyi, xoşbəxt olacağımız vaxt olacaq. Məqsədlərinizə çatmaq üçün asanlıqla hərəkətə keçə bilərsiniz. Karyeranızda addımlar ata, işə müraciət edə və biznes qura bilərsiniz. Bu günlərdə başladığınız yeni biznes və layihələr sürətlə inkişaf edə bilər.
Xüsusilə maliyyə baxımından yaxşı inkişaflar yaşaya bilərik. Mümkün səyahətlər yeni təlimlərə başlamaq qədər xoş olacaq. Yeni bacarıqlar öyrənmək, təhsil almaq və ya maraqlarınızı genişləndirmək üçün yaxşı vaxtdır. Yeni insanlarla tanış olmaq və ya mövcud əlaqələri gücləndirmək üçün fürsətlər yarana bilər. Dəyərləndirin”.
Oksana Orucova