"Həftə ərzində təhlükəsizlik və maliyyə məsələlərimiz gündəmə gələcək”
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyəli astroloq Hande Kazanova öz sosial media hesabındakə paylaşımda qeyd edib.
Onun sözlərinə görə:
"Bazar ertəsi Merkurinin Neptunla bucaq altında birləşəcək. Başqalarına kömək etmək və yaradıcı layihələr üçün uğurlu dövr ola bilər. Bundan əlavə, Merkurinin Əkizlər bürcünə keçməsi ilə informasiya, ünsiyyət, jurnalistika, yazı və təhsil məsələləri ön plana çıxır.
Bazar ertəsi günü Yupiterin Plutonla olan müsbət bucağı gücdən yaxşı istifadə edəcəyimizi və maddi cəhətdən faydalanacağımızı göstərir. İyunun 4-də Günəş Venera ilə birləşir. Şirkət əməkdaşlıqları və satınalmaları üçün əlverişli dövr olacaq.
Bu dövrdə xüsusilə süni intellekt, informatika, texnologiya, kibertəhlükəsizlik və rəqəmsal platformalar ön plana çıxa bilər. Lakin bu imkanları dəyərləndirərkən aldatma riskinə qarşı diqqətli olmalıyıq. Merkurinin Yupiterlə birləşməsi iyunun 4-də gözəl bir enerji axını təmin edəcək.
6 iyun Cümə axşamı Əkizlər bürcündə Yeni Ay baş verəcək. Bu dövrdə ünsiyyət, kommersiya fəaliyyətləri, təhsil və texnologiya sürət qazana bilər. Biz yeniliklərə açıq olacağıq, lakin səthi məlumatlara diqqət yetirməli, dərin araşdırmalar aparmalıyıq.
Günəş və Ay sabit ulduz Rigellə birləşərək ehtiras, xoşbəxtlik, zənginlik və araşdırma şansı gətirir”.
Oksana