Aşura mərasimi ilə bağlı Azərbaycanda qanvermə aksiyaları keçirilir.
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətovjurnalistlərə açıqlamasında saat 10:00-a qədər 1000-dən çox insanın qanvermə aksiyalarında iştirak etdiyini bildirib.Xatırladaq ki, ötən il Aşura günü məscidlərdə keçirilən qanvermə aksiyalarında 4 mindən çox insan iştirak etmişdi.Məlumat üçün bildirək ki, qanvermə aksiyası Bakıda Təzəpir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidləri ilə yanaşı, Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidində keçirilir.