14:26 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SOSİAL

Ata azyaşlı qızlarının gözü qarşısında qayınatasını öldürdü, arvadını isə... - Azərbaycanda dəhşət

13:11, 27.09.20183829
Ata azyaşlı qızlarının gözü qarşısında qayınatasını öldürdü, arvadını isə... - Azərbaycanda dəhşət
Sumqayıt şəhərində qayınatasını öldürməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Şamil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, qətl hadisəsi 2013-cü ildə baş versə də, Şamil Əhmədov bir neçə il istintaqdan yayına bilib. 2015-ci ilin ortalarında həbs olunan Şamil Əhmədov sonradan məhkəmə qarşısına çıxarılıb.

Gecə yarısı uşaqlarını görməyə gəldi

İttihama görə, Şamil Əhmədov sərxoş vəziyyətdə 19 iyun 2013-cü ildə, gecə saat 01-də keçmiş həyat yoldaşı Təranə Hüseynovanın yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki yataqxananın qarşısına gəlib.

O, Təranə Hüseynovaya Rusiyaya getmək istədiyindən uşaqları ilə görüşmək üçün gəldiyini bildirib. Təranə isə ona sərxoş vəziyyətdə olduğundan sabah gəlməsini xahiş edib.

Azyaşlı uşaqlarını aparmaq istədi

Amma Şamil Əhmədov orada olan azyaşlı qızları Nilufər və Tellini özü ilə evinə aparmaq istəyib. Təranə isə buna imkan verməyib.

Bu səbəbdən Şamil Əhmədov Təranə Hüseynovanı nalayiq söyüşlərlə söyərək təhqir edib və şillə onun gicgahından bir zərbə vurub. Təranə zərbənin təsirindən yerə yıxılıb.

Qayınatasını döyərək öldürdü

Bu zaman hadisə yerinə gələn Təranə Hüseynovanın atası Təyyar Hüseynov Şamil Əhmədovu sakitləşdirmək istəyib. Şamil arxaya dönərək orada olan qızları Təranə və Əfsanənin gözü qarşısında Təyyar Hüseynovun bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla təkrar zərbələr vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan Təyyar Hüseynov Sumqayıt Şəhər Təcili-Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Təyyar Hüseynov iyunun 19-da xəstəxanada vəfat edib.

10 il cəza: ciddi rejim

İstintaq orqanı tərəfindən Şamil Əhmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (ehtiyatsızlıqdan zərərçəkmişin ölmününə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2016-cı il tarixli hökmü ilə Şamil Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının həbs olunduğu gündən, yəni 26 iyul 2015-ci il tarixdən hesablanması barədə hökm edilib.

Hökmdən narazılıq

Bu hökmdən narazı qalan Şamil Əhmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apelyasiya şikayəti verilib. Hüquqi varis Şamil Əhmədovun barəsində təyin edilmiş cəzanın daha ağır cəza ilə əvəz olunmasını xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada tərəflərin apelyasiya şikayətləri araşdırılıb. Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Qatil həbsdən iki il xilas oldu

Bu qərardan narazı qalan məhkumun müdafiəçisi Azər Əzizov tərəfindən kasasiya şikayəti verilib. O, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Müdafiəçinin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Məhkəmə Şamil Əhmədovun barəsində təyin edilmiş 10 il azadlıqdan məhrum etmə cəzası 8 ilə endirilib.
XƏBƏR LENTİ