Ata ilə oğulun idarə etdiyi maşın toqquşdu: oğul öldü - VİDEO

Ata ilə oğulun idarə etdiyi maşın toqquşdu: oğul öldü - VİDEO
DÜNYA
09:22 22.01.2013
2337
Türkiyənin Karabük şəhərində ağır yol nəqıliyyat hadisəsi baş verib. “İhlas” agentliyinin (İHA) yaydığı məlumata görə, Karabük – Yenice arasındakı maqistral yolda 52 yaşlı atanın idarə etdiyi ağır tonnajlı yük maşını 31 yaşlı oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub. “Deligeç” tunelinin girişində meydana gələn qəzada metal yığınına dönmüş minik avtomobilindən ağır yaralı olaraq çıxarılan Nürəddin İncebacak xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, baş vermiş ağır qəza yoldakı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə istintaq başladılıb və araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR