Ata: 'Qızım pul qarşılığında kişilərlə cinsi əlaqəyə girir' - FOTO
DÜNYA
13:05 19.01.2013
3419
Maliyyə çətinlikləri ilə üzləşən Hollivudun qalmaqallı aktrisası Lindsi Lohan, bu problemini həll etmək məqsədilə ümidsiz addım atıb. Ulduz pul qarşılığında, həm də samballı məbləğə kişilərlə zaman keçirəcək. Bu barədə aktrisanın atası Maykl Lohan "Star" jurnalına danışıb: "Varlılar onunla görüşə pul ödəyirlər, Dina isə aradüzəltməklə məşğuldur. Bu iyrəncdir""Aktrisaya yaxın olan mənbə bu məlumatı təsdiqləyib: "Görüş bir neçə gün davam edə bilər. Kişilər hər şeyi - yaşayış, gediş haqqını, yemək və digər şeylərin pulunu ödəyirlər. Hətta bahalı hədiyyələr verirlər".Lindsinin daimi müştəriləri arasında Bruneyi idarə edən sülalənin nümayəndəsi də var. Bu şəxs Yeni İli Londonda 24 yaşlı aktrisa ilə birlikdə qeyd etmək üçün 100 min dollar ödəyib. Digər adlı-sanlı müştəri müvəffəqiyyət qazanmış rəssam Dominqo Zapatadır. O, Lindsiyə özünün Los-Ancelesindəki evində və Nyu-Yorkdakı iqamətgahında pulsuz yaşamağa icazə verib. /// Anspress