16:54 Cümə, 22 Iyun 2018
İQTİSADİYYAT

AtaBank BMX veloidmanı üzrə dünya çempionatında qonaqlara xidmət göstərdi

10:32, 11.06.20183897
AtaBank BMX veloidmanı üzrə dünya çempionatında qonaqlara xidmət göstərdi

5-9 iyun tarixləri arasında, Bakıda Şıxov veloparkında keçirilən BMX velosiped idman növü üzrə dünya çempionatında "AtaBank” ASC AtaMatik səyyar bankomatı ilə iştirakçılara, azarkeş və qonaqlara müxtəlif növ bank xidməti göstərib. 5 gün müddətində davam edən çempionatda AtaMatik səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.


 

AZXEBER.COM xəbər verir ki, "AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlının sözlərinə görə, AtaBank hər zaman ölkəmizdə idmanın və turizmin inkişafı məqsədi ilə keçirilən yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı həm də xarici qonaqlara innovativ bank xidmətlərindən istifadə etmək imkanı yaradır. Qonaqlar banka gəlmədən yarışın keçirildiyi məkanda AtaMatik səyyar bankomatından istifadə edərək bir sıra bank əməliyyatlarını həyata keçirə bilərlər.


 

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir

 

 

 

 


XƏBƏR LENTİ