Atanın intihar etməsi xəbəri yalan çıxdı - DTX-dan açıqlama

Atanın intihar etməsi xəbəri yalan çıxdı - DTX-dan açıqlama
SOSİAL
22:06 15.03.2021
1615
Bloqer Ata Abdullayevin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.

AZXEBER.COM xəbər verir ki, yayılan şayiələrə aydınlıq gətirmək üçün Musavat.com Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib.

DTX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, A.Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR