02:15 şənbə, 20 Oktyabr 2018
DÜNYA

Atası öləndən sonra ayrı yaşamaq istəyən anasını öldürdü - Başqa kişi ilə ...

12:44, 16.05.201810628
Atası öləndən sonra ayrı yaşamaq istəyən anasını öldürdü - Başqa kişi ilə ...
İstanbulda Caner Adıgüzelli 2 il önə anası Neşe Adıgüzellini 16 bıçaq zərbəsi ilə qətlə yetirmişdi.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, qatil övlad anasını öldürmə səbəbini ifadəsi zamanı açıqlayıb: "Anam ayrı yaşamaq istədi. Mübahisə etdik. Ani qəzəblənincə bu hadisəni törətdim" deyib.

Qeyd edək ki, qətl hadisəsi 2016-cı ilin 4 may tarixində qeydə alınıb. 

Caner Adıgüzellinin ifadəsinə görə, 3 il öncə atası xərçəngdən öldükdən sonra yaşadıqları kənddə ansının başqa bir kişi ilə görüşdüyü söz-söhbəti gəzirdi.

Caner 1 ildən çox borca aldığı mikroavtobusla çalışaraq 3 bacısına baxıb. Qatil övlad ifadəsində anasının İstanbula gəlmə səbəbini belə anladıb: "Anam bir həftə öncə Manisada tək başına bir ev kirayələmişdi. Dul bir qadın olaraq anamın orada tək yaşamağına razı olmadım. "Gəl bizimlə yaşa" dedim. Anam da İstanbula gəldi. Saat 10.00 radələri idi. İstanbuldakı yaşayışımızla bağlı anamla söhbətə başladıq. Anam birdən aqressiv oldu. "Mən sizinlə yaşamaq istəmirəm, sənə də, ailənə də deyəcəm..." sözlərini eşidincə çaşbaş qaldım. O an onu bıçaqladığımı bir neçə dəqiqə sonra anladım. Peşmanam."
 

XƏBƏR LENTİ