"Atası qızımı görmür, şəkillər real deyil" - Aysun etiraf etdi

"Atası qızımı görmür, şəkillər real deyil" - Aysun etiraf etdi
MAQAZİN
11:51 03.11.2025
216
Müğənni Aysun İsmayılova qızı Sevginin atası vəkil Ramil Vəliyevdən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan Aysun, Ramil Vəliyevin qızı ilə görüşmədiyini deyib.
 
Sənətçi yayılan şəkilərin fotoşop olduğunu bildirib:
 
"Atası qızımı görmür. Onların birlikdə yayılan bütün şəkilləri fotoşopdur. Mən xahiş edirəm ki, səhifələr belə şeylər edib paylaşmasınlar. Mənim qızımın gələcəyi var. O insanın öz ailəsi, öz yolu, mənim də öz həyatım var. Belə şeylər nəyə lazımdır? O insan yoxdur, bitdi, getdi, vəssalam!".
 
Aysel
OXŞAR XƏBƏRLƏR