Atası Tolikdən danışdı: Onunla fəxr edirəm

MAQAZİN
13:06 21.01.2013
2866
Səhnəmizin primadonnası İlhamə Quliyeva Azərbaycanın ən məşhur və ən qalmaqallı prodüseri Toliki (Əliyev Tarix) tərifləyib göylərə qaldırdı.
AZXEBER.COM-un məlumatına görə, "Rəngarəng" verilişinin qonağı olan xalq artisti Tolik haqqında gözəl fikirlər söyləyib. İlhamə xanım prodüserin çox bacarıqlı, təşkilatçılığını böyük zirvə adlandırmaqdan da çəkinməyib:"Tolik çox işgüzardır. Azərbaycanda Tolik kimi təşkilatçı yoxdur. Tolik kimi mərd insan yoxdur. Bu insan bir sifətlidir. Ona böyük hörmətim var. ""Ağlı olan kəs Tolik kimi prodüseri itirməz" deyən sənətkar, bir çoxlarının Tolikin hesabına ulduz olduğunu xüsusilə qeyd edib. İlhamə Quliyeva prodüserin çılğınlığını və qalmaqallara getməsini mənfi cəhət kimi vurğulayıb.Qeyd edək ki, verilişdə danışan Tolikin atası da oğluyla fəxr etdiyini deyib: "Tolik kimi oğul yoxdur. Onun kimi oğlum olduğu üçün xoşbəxtəm"

OXŞAR XƏBƏRLƏR