Atasını itirən türkiyəli məşhur müğənni aləmi qatdı

MAQAZİN
00:42 04.01.2013
3369
Ötən bazar günü atası ölən müğənni Hande Yener ilin son gecəsi konsert verəcəyini desə də, gecə klubunda səhnəyə çıxmaqdan imtina edib. Əvəzində təpki ilə qarşılaşıb.Hande Yener Sinan Akçılla verəcəyi konsertə bilet alanları üzməmək üçün bayram gecəsi konsertdə oxuyacağını demişdi. Ancaq yorğun və hüznlü olduğu üçün İzmirdəki «Sahne 35»ə çıxmaqdan son anda vaz keçib. Saat yarım oxuyan Sinan Akçılsa tamaşaçıların narazılığı ilə qarşılaşınca meydanı Dj-lərə verib. Dj-lər işə başlarkən tamaşaçılar dağılışmağa başlayıb. Bu zaman Hande Yenerin səhnəyə çıxmayacağı elan olunub. Eşitdiklərindən qeyzlənən kütlə gecə klubunun rəhbərliyi ilə dava ediblər.

OXŞAR XƏBƏRLƏR