Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini, 42 yaşlı Aqil Mirzəyevin məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə A.Mirzəyev 15 il müddətinə azadlıqdan məhrum edilibİttihama görə, A.Mirzəyev ötən il dekabrın 21-də Sabunçu rayonunda 75 yaşlı atası Nəriman Mirzəyevə və 72 yaşlı anası Tərlan Mirzəyevaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.Bundan sonra A.Mirzəyev evi yandıraraq hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ərlə arvad yanan evdən çıxarılsa da, qadının həyatını xilas etmək mümkün olub.