İspaniyanın "Atletiko" klubu La Liqanın digər təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmaq niyyətindədir.
Əsas heyətdə daimi şans qazanmaq istəyən 21 yaşlı ispaniyalı futbolçu isə "Barselona"dan ayrılmaq fikrində deyil.
Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 36 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" M.Kasadonun transfer dəyərini 30 milyon avro qiymətləndirir.
///report