04:03 çərşənbə, 11 Dekabr 2019
İDMAN

"Atletiko" transfer bombasını açıqladı - 126 milyon avro

10:36, 04.07.20193264
İspaniyanın "Atletiko" klubu Portuqaliya "Benfika"sından Joau Felişi transfer etdiyini açıqlayıb.

AZXEBER.COM klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Benfika" ötən həftə bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat aldığını açıqlamışdı. Gənc oyunçu yeni klubunda 7 nömrəli formada çıxış edəcək.

Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.

Feliş ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 assist edib.
XƏBƏR LENTİ