"Stimul Hospital”a müraciət edən Mehriban Məmmədova aldadıldığını iddia edir.
AZXEBER.COM-a şikayət ərizəsi ilə müraciət edən şikayətçi iki övladını "Stimull Hospital”dakı həkim oftalmoloq Dr. Yaqut Əşrəfovanın yanına apardığını, ancaq müalicənin düzgün aparılmadığını iddia edir:
"Bir
ildən çoxdur ki, Bakıxanovdakı "Stimul Hospital”a müraciət edirəm. Qızımın 6,
oğlumun 8 yaşı var. Qızımın gözündə uşaq vaxtından problem var idi. Çox həkimə
müraciət etdik faydası olmadı. Bütün diaqnozlarda eyni oldu: soyuqdəymə. Və bir
gün evdə oturub TV-də İlhamənin verilişində göz həkimi gördüm. Bu adam oftalmoloq Yaqut
Əşrəfova idi. Klinikaya gedib, 20 manat ödəniş edib sıramı gözlədim. Növbəm
çatanda həkim uşağın gözünü yoxladı dedi ki, soyuqdəymədir. Dieta saxlamalıdır. Mən də
dedim ki, uşağın gözündə boz ləkələr düşüb ona görə gəlmişəm. Dedi ki, gözü
müalicə edək, göz sakitləşsin sonra keçərik boz ləkələrə. Dedim yaxşı. Müalicə
yazdı, dedim oğlumun da gözləri zəifdi. Baxdı və "asteqmat” diaqnozunu qoydu, eynək yazdı. 80 manat verib astiqmat eynək aldıq. 1 ildi oğlum astiqmat eynək taxır. Qızımın müalicəsi qurtardıqca da gedirdim klinikaya müalicəyə. Və bir
gün gördüm uşağın gözü yenə pisləşib, getdim klinikaya 30 manat ödəniş etdim.
Ödəniş qalxıb dedilər. Qızıma baxan Yaqut xanım dedi ki, müalicə yaxşı gedir
amma sol göz xoşuma gəlmir. Daha müalicə yazmadı, qızıma da eynək yazdı.
Dedim ki, oğlum da bir ildir eynək taxır, dəyişməyə ehtiyac varmı? Dedi
baxaram. Baxdı aparat çəkmədi. Bəbəyi böyüdüb baxdı və dedi ki, iki gözü də
kataraktdı. Mən bunu necə görməmişəm? Belə də dedi. Və dedi ki, əməliyyat
olunmalıdır. Məndən razılıq almadan cərrahla danışdı ki, apar əməliyyat etsinlər.
Nədən olduğunu soruşanda mənə dedi ki, başı zərbəylə harasa dəyib. Yoldaşımla
çox pis vəziyyətə düşdük. Sonra "Dobromed Klinikası”na getdik. 60 manat
bir uşağa ödəniş edib düşdük qəbula. Baxdılar və qızıma yazılan reseptdə
yazılanlara güldülər. Qızımın gözündə karatit deyilən xəstəlik aşkar olundu.
Oğlumun gözündə isə kataraktdır. Qızımı 7,8 il müalicə etdirməliyəm ki, nəsə əldə
edim. Oğlum isə iki gözündən əməliyyat olunmalıdır. Qızıma yazılan eynəyi həkim
dedi ki, almayın çünki buna ehtiyac yoxdur. Oğlumun eynəyi isə səhv yazılıb. Rəfədar
doktor belə dedi. Mən indi əməliyyata 6 min pul verməliyəm. Vaxtında bilsəydim
ucuz başa gələ bilərdi bu əməliyyat mənə. Ötən gün saat 12-1 arası getdim "Stimull
Hospital”a baş həkimin yanına. Baş həkim Yaqut xanımı çağırdı. Təbii ki, o da
özünü müdafiə etdi. Baş həkim də dedi ki, istəsəniz bizdə ucuz qiymətə əməliyyat
etdirə bilərik”.
Şikayətçi
məsələylə bağlı kilinikanı məhkəməyə verəcəyini söyləyib.
Şikayətlə bağlı iddiada adı keçən həkim Yaqut Əşrəfova ilə əlaqə saxladıq. Y.Əşrəfova portalımıza verdiyi açıqlamada M. Məmmədovanın iddialarının tamamilə əsassız olduğunu və əlində müalicə dövrünə aid sənədlərin olduğunu söyləyib:
"Bu xanımın iddiaları tamamilə əsassızdır. Mən onun qızını müayinə etmişəm və bütün lazımi tədbirləri həyata keçirmişəm. Onun məndən sonra getdiyi həkimin yazdığı reseptlə mənim yazdıqlarım arasında demək olar ki, heç bir fərq yoxdur. Qaldı ki, şikayətçinin oğlunu mən dəfələrlə pulsuz müayinə etmişəm və özəl klinika olmasına baxmayaraq, heç bir ödəniş almamışam. Mən 14 ildir ki, həkiməm, ancaq ilk dəfədir ki, belə bir ittihamla qarşılaşıram. Birinci və ikinci diaqnoz mənə aiddir. Çünki mən bu uşağı ikinci dəfə müayinə edəndə onda katarakt diaqnozu qoydum. Mən neçə ilin həkimiyəm, əgər ilk dəfə katarakt olsaydı bunu anlayacaqdım. Sadəcə sonradan prosses baş qaldırıb. Mən onun müayinə etdiyim uşağına görə pul belə almamışam. Nə marağım ola bilər axı burada mənim? Bütün bunlar şər-böhtandır. İstənilən şəxsə də əlimdəki müalicə sənədləri ilə bunu təsdiqləyə bilərəm”.