“Muradına çatan günəş” serialında baş rolda çəkilən aktyor Ruslan Sabirlinin AZXEBER.COM-a müsahibəsi.
-Bildiyimə görə hazırda serialda çəkilirsiniz. Kapitan rolundasınız, həyatda necə aktyor olmasaydınız, kapitan olmaq istərdiniz?
-Bəli, düzdür. "Muradına çatan Günəş" serialında baş rol - polis müstəntiqi kapitan Murad rolunda çəkilirəm. Hər halda həyatda da kapitan olmaq istəsə idim olardım. Bunun üçün heç bir maneə görmürəm. Kifayət qədər məqsədyönlü insanam.
-Hazırda yalnız bir serialda çəkilirsiniz? Başqa proyektlər və serial yaxud film gözlənilirmi?
-Xeyr, parallel olaraq "Həyat Varsa" serialının "Xəyanət" və "Əsl Sevgi" bölümlərində də çəkilmişəm. Yeni layihələrə baş rol təklifləri gəlir əlbəttəki lakin, bəyənmədiyim layihələrdən imtina edirəm. Hal-hazırda bir neçə yaxşı layihə təklifləri var və onları nəzərdən keçirirəm.
-Demişdiniz ki, cinayət tipli rolları çox sevirəm. Amma bu mənim öz fikrimdir, bizdə nəsə bu janrda olan seriallarda sünilik var.
-Əslində təkcə bu tipli rollari sevmirəm. Sadəcə cinayət tipli rollar sevdiyim rollardan biridir. Konkret hansı layihələri nəzərdə tutduğunuzu bilməsəm də onu deyə bilərəm ki, bütün bunlar hamısır normaldır. "Amerikanın Səsi" radiosuna verdiyim müsahibədə də qeyd etmişdim ki, Azərbaycanda seriallar hələ yenicə başlayıb və biz hələ əlifba öyrənirik. Nə vaxtsa cümlələr də yazacağıq. Birdən-birə heç nə alınmır.
-Ümumiyyətlə, bu günə qədər ifa etdiyiniz rollarınız arasında sizə ən yaxını hansıdır?
-İfa etdiyim rollarin hamisinda mənə və ya mənim həyatımda baş vermiş hadisələrə bir yaxınlıq var. Yaşadıqlarımı bir daha yaşamış oluram. Əlbəttə burada xoş olmayan hadisələr də var. Lakin, bundan asılı olmayaraq ifa etdiyim rolların hamısını sevirəm.
-Bu yaxınlarda TV aparıcılarından bir xanım ilə toy şəkillərinizi gördüm.
-Elədir, yaxınlarda ATV kanalının aparıcısı Kəmalə Piriyeva ilə toy fotolarımız internetdə yayımlandı və böyük dedi-qoduya səbəb oldu. Yeri gəlmişkən fürsətdən istifadə edib bildirmək istəyirəm ki, bu fotolar reklam çəkilişi zamanı edilmiş fotosessiyadandır. Real toy mərasimi deyil. Yaxın günlərdə tamaşaçılarımız efirdə görə biləcəklər.
-Gələcək planlarınız barədə danışardınız.
Mən daimi inkişafda olmağı, öz üzərimdə çalışmağı xoşlayan biriyəm. Qarşımda qoyduğum bəlli bir məqsədlər vardır. Azərbaycan sərhədləri hüdudlarından kənarda da filmlərə və seriallara çəkilmək istəyirəm. Moskva və İstanbul hədəf şəhərlərimdir.Ozal İbrahimli