10:57 Cümə Axşamı, 21 Noyabr 2019
TOP4

ATV prezidentindən İlkinlə bağlı - AÇIQLAMA

12:40, 17.06.20197679
ATV prezidentindən İlkinlə bağlı - AÇIQLAMA
"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və  "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, Azər Xəlilov Unikal.org-a açıqlamasında bildirib ki, yayılan informasiya yanlışdır:

"İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm belə "informasiya” niyə yayılır? Bunu kim yayırsa ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiniz! Mən də bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”.

Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının tanınmış jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib. Bundan sonra telekanal rəhbərliyi ona təzyiq və işindən uzaqlaşdırıldığı deyilir. 
XƏBƏR LENTİ