Avropa Birliyi Komissiyası futbol üzrə 2012-ci il Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarını boykot edib. Belə sərt qərara ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun həbsxanada pis rəftara məruz qalması səbəb olub.Komissiyanın Kiyevdə olan nümayəndəsi Ukrayna prezidenti Viktor Yanukoviçin yürütdüyü siyasətə etiraz etdiklərini bildirib. Boykot qərarına qurumun 27 üzvü imza atıb. Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək Ukrayna ilə yanaşı, Polşada da təşkil olunacaq. Oyunlar 2 ölkənin hərəyə 4 şəhərində baş tutacaq.