Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel Rusiya lideri Vladimir Putinə ironik seçki təbriki göndərib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çarlz Mişel Putini seçkinin yekunlaşmamasına baxmayaraq "böyük qələbəsi” münasibətilə təbrik edib.
Mişel X hesabında Rusiya Federasiyasında bu gün başlayan prezident seçkiləri ilə bağlı açıqlama verib.
Vladimir Putini "əzici səs çoxluğu ilə qələbəsinə görə" təbrik etmək istədiyini bildirən Mişel:
"Rusiyada müxalifət yoxdur. Azadlıq yoxdur. Seçki yoxdur" deyib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də başa çatacaq.
Mikayıl