14:43 çərşənbə Axşamı, 16 Oktyabr 2018
İDMAN

“Avropa xaricində istənilən yerdə oynaya bilərəm” - İnyesta

14:11, 10.05.20182285
“Avropa xaricində istənilən yerdə oynaya bilərəm” - İnyesta

Mövsümün sonunda "Barselona"dan ayrılacağına dair qərar qəbul edən Andres İnyesta gələcəyi ilə bağlı suallara aydınlıq gətirib.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, ispan futbolçu hansı kluba keçəcəyi ilə bağı hələlik yekun qərarını vermədiyini deyib.

"Avropa xaricində istənilən variant mümkündü. Çinə getməyəcəyimi deyirlər, Yaponiya iddiaları var, həmçinin Avstraliya haqqında oxumuşam. Qərarım dəqiqləşdikdən sonra sizi məlumatlandıracam. Buradakı oyundan zövq almaq üçün cəmi bir həftə yarım vaxtım var. Mövsüm bitdikdən sonra bütün diqqətimi İspaniya millisinə və gələcəyimə yönəldəcəm" - deyə, İnyesta bildirib.

Andres əlavə edib: "Xırda detalların müzakirəsi qalıb. Çalışıram ki, ən yaxşı variantı seçim". Qeyd edək ki, Andres İnyesta 2002-ci ildən "Barselona"nın əsas komandasında çıxış edirdi.

 
 
XƏBƏR LENTİ