Avstraliyada 14 yaşdan kiçiklərə sosial mediaya girmək qadağan edilə bilər

DÜNYA
12:56 10.09.2024
138
Avstraliya 14 yaşdan kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni qanun layihəsinə görə, 14 yaşına çatmamış uşaqlar sosial şəbəkələrdən yararlanmaq üçün rəsmi qaydada valideynlərinin razılığını almalıdırlar.

Aidiyyatı strukturlar artıq sosial media şirkətlərinə 14 yaşadək uşaqların hesablarının aşkarlanıb lazımi hazırlıqlara başlaması tapşırığını verib.

Qanunun tələblərinə uymayan sosial şəbəkə şirkətləri cinayət məsuliyyətinə cəlb ediləcək.
 
Avtraliyanın baş naziri Malinauskas sağlam gələcək üçün 14 yaşından kiçik uşaqlara sosial mediadan istifadəni qadağan etmək lazım olduğunu bildirib və bütün dövlətləri bu qanun layihəsini qəbul etməyə çağırıb.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR