Avstriya mətbuatı: Azərbaycan Avropa Çempionatına ev sahibliyi edə bilər
İDMAN
16:46 05.02.2012
1799
Azərbaycanda futbol üzrə Avropa çempionatı keçirilə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Avstriya mətbuatı çıxış edib. Sözügedən ölkə KİV-i iddia edir ki, Azərbaycan gənclər arasında 2015-ci ildə keçiriləcək qitə çempionatını keçirməyə namizədlərdən biridi. Azərbaycanla yanaşı namizədlər arasında Avstriya, Macarıstan, Yunanıstan, Uels, Rusiya və Portuqaliya da var.