Avtobus divara girdi: yaralılar var

SOSİAL
10:42 08.04.2016
2789
Gəncədə sərnişin avtobusu divara çırpılıb.
Hadisə bu gün səhər saatlarında şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhərdə 7 saylı marşrut xətti ilə sərnişin daşıyan "İsuzu" markalı avtobus hərəkətdə olarkən idarəetmədən çıxıb və avtomobil yolun kənarında divara çırpılıb. Bir neçə sərnişinin yüngül bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır

OXŞAR XƏBƏRLƏR