Avtomobil qaçıran şəxs saxlanıldı

Avtomobil qaçıran şəxs saxlanıldı
KRİMİNAL
16:58 22.12.2025
289
Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus avtomobil qaçırılıb.
 
AZXEBER.COM xəbər verir ki, zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR