Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Avtomobildən oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
11:27 20.11.2025
131
Noyabrın 14-də saat 14-00 radələrində paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib. 
 
AZXEBER.COM xəbər verir ki, naməlum şəxs "Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3000 manat dəyərində mobil telefonu oğurlayıb. 

Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb. 

Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR