"Avtomobillərdə jalüzlərdən istifadə mövsümü yekunlaşır" - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

"Avtomobillərdə jalüzlərdən istifadə mövsümü yekunlaşır" - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ
Bütün Xəbərlər
12:24 13.11.2013
1135

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istismarı ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən  bildiriblər ki, noyabrın 15-də Azərbaycanda avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə verilən icazə müddəti sona çatır. Ona görə də sürücülər müddəti nəzərə alıb, arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanaraq quraşdırılmış jalüzləri çıxarmalıdırlar. Əks halda cərimələnəcəklər.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, avtonəqliyyat vasitələrinin arxa yan şüşələrində sənayə üsulu ilə hazırlanaraq quraşdırılmış jalüzlərin istifadə müddəti başa çatdığından Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, noyabrın 16-dan etibarən yol hərəkətində avtomobillərdə bu tipli jalüzlər istifadə edilərsə, onlar məsuliyyətə cəlb ediləcəklər: "Bir daha xahiş və tələb edirik ki, sürücülər və avtomobil sahibləri avtonəqliyyat vasitələrinə quraşdırılan əlavə avadanlığa görə qanunvericiliyin tələbinə əsasən 150 manat məbləğində cərimə olunacaqlarını nəzərə alaraq qayda və qanunların tələblərinə hörmətlə yanaşsınlar və onları yerinə yetirsinlər".

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013-cü il tarixli əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib. Əmrə əsasən, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Qeyd edək ki, bu müddətdə jalüzlər nəqliyyat vasitələrinin yalnız arxa yan şüşələrində quraşdırıla bilər.(TREND)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik