04:53 çərşənbə, 26 Sentyabr 2018
SİYASƏT

“AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır” - İlham Əliyev

22:15, 09.07.20185049
“AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır” - İlham Əliyev
"O vaxt Azərbaycanda anti-milli hakimiyyət, satqın hakimiyyət hökm sürürdü. Fərarilər hökm sürürdü burada. Həmin fərarilərin tör-töküntüləri indi özlərini müxalifət adlandırır”

Bunu Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı çıxışında AXC-Müsavat hakimiyyətini sərt tənqid edib: "O vaxt qaçıb gizlənmişdilər, ölkəmizi bərbad vəziyyətə qoymuşdular, torpaqlarımızı satmışdılar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır".
 
///AzVision.az 
XƏBƏR LENTİ