AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat

AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
SOSİAL
20:27 13.05.2021
361
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana sayca 15-ci tarixi səfərinin Ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etməsi rəmzi məna daşıyır. Çünki müstəqiliyimizi yenicə əldə etdiyimiz zamanlar ölkədə xəyanətkarlıq missiyası yerinə yetirən AXC-Müsavat cütlüyünün, satqınların Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz ulu öndər Heydər Əliyev aldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, həmin dövrlərdə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi erməni vandalları tərəfindən işğala məruz qaldı:

"AXC-Müsavat cütlüyünün növbəti xəyanəti ulu öndər Heydər Əliyevə qarşı idi. Onlar bütün güclərini səfərbər etmişdilər ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün. Bunun üçün AXC-Müsavat cütlüyü hətta Naxçıvanı da ermənilərə təslim etməyə hazır idi.

Amma o zaman baxmayaraq ki, Naxçıvan çox mürəkkəb bir dövrdə ermənilər tərəfindən blokadaya alınmışdı, məhz ulu öndərin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, yüksək idarəçilik qabiliyyəti, naxçıvanlıların fədakarlığı nəticəsində Naxçıvanı qorumağı bacardı və beləliklə də AXC-Müsavat cütlüyünün və onlarla birgə ermənilərin planlarını alt-üst etdi.

Eyni zamanda, sonrakı mərhələdə ulu öndər Heydər Əliyevin Bakıya gələrək ölkəmizə rəhbərlik etdiyi dövrdə də o mürəkkəb vəziyyətdə ölkəmizi parçalanmaqdan, vətəndaş qarşıdurmasından xilas etdi və Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı, beləliklə də ölkəmizi xəyanətdən qorudu. 44 günlük Vətən müharibəsində qələbəmiz heç şübhəsiz Heydər Əliyevin 90-cı illərin əvvəllərinə Naxçıvana rəhbərlik etdiyi dövrdə Naxçıvanı qorumaqla başladı”.

C.Osmanov vurğulayıb ki, 90-cı illərin AXC-Müsavat cütlüyünün tör-tökünüləri bu gün də antimilli şura və AXCP ətrafında birləşərək yenə də öz xəyanətlərini davam etdirirlər: "Onlar erməni lobbisindən aldıqları göstərişlər əsasında Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparırlar, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsinə kölgə salmağa çalışırlar. Lakin Azərbaycan xalqı bu satqınların ölkəmizə qarşı etdikləri xəyanəti unutmayıb və onları çoxdan tarixin zibilliyinə atıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım