Axır ki, nişanlandılar - FOTOLAR

MAQAZİN
12:44 25.12.2012
5441

Madridin “Atletiko” klubunun şərəfini qoruyan türkiyəli futbolçu Arda Turan nişanlanıb. 

Futbolçu dörd ildir birlikdə olduğu sevgilisinin evinə gedib. Onu 20-yə yaxın qohumu və yaxını müşayiət edib. “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim nişana qatılmayıb. 

Sinem Kobalın yaşadığı evə dörd çiçək dəstəsi aparılıb. İki cangüdənlə gələn Arda Turan jurnalistlərdən çəkiliş aparmamağı xahiş edib. O, bu istəyini belə izah edib: “Ailəmdə mühafizəkar insanlar var. Onların mətbuatda yer almasını istəmirəm. Maşınların nömrələri də görünür. Təhlükəsizlikləri baxımından bunu lazım bilmirəm”. Evdə üzüklər taxıldıqdan sonra hər iki ailə əylənmək üçün şəhərə çıxıb. 

OXŞAR XƏBƏRLƏR