"Axmaq insanların iyrənc əməllərinin nəticəsi..." - Xalq artisti Anardan yazdı

"Axmaq insanların iyrənc əməllərinin nəticəsi..." - Xalq artisti Anardan yazdı
MAQAZİN
13:43 06.08.2018
15600
Xəbər verdiyimiz kimi, iki gün öncə tanınmış reper Anar Nağılbaz vəfat edib.

Yerli məşhurlar reperin vaxtsız ölümünə üzülüblər. Onlar başsağlığını sosial şəbəkə üzərindən də verib. Xalq artisti Brilyant Dadaşova da mərhumun ölümünə biganə qalmayıb. O, şəxsi instagram hesabında Anarın videosunu paylaşıb və bunları qeyd edib:

"Anar, repi ilk dəfə Azərbaycanda səndən eşitdik - Sonra rep ve estrada musiqisi birlikdə yenə sən bəstələdin. Çoxları oxuma desə də, mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim. Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyildi. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyf ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki, başqasının bədbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcəklər"
 
/// big.az
 

OXŞAR XƏBƏRLƏR