Ay tutulacaq

MARAQLI
20:30 09.12.2011
1726

Dekabrın 10-da tam ay tutulması baş verəcək. Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Cəsarət Əliyevin Yerlə Ayın çevrələrinin toxunması Bakı vaxtilə 15:33:32-də başlayıb, 21:30:00-da bitəcək.

Qismən tutulma 16:45:42-də başlayacaq və 18:06:16-da tam tutulmaya keçəcək. Tam tutulma 51 dəqiqə davam edərək 18:57:24-də bitəcək. Bundan sonra qismən tutulma saat 20:17:58-kimi davam edəcək və nəhayət 21:30:00-da Yer-Ay çevrələrinin toxunması ilə ay tutulması sona yetəcək.C. Əliyev bildirib ki, tutulma Şimali Amerikanın Sakit okean hövzəsindən başlayaraq, Sakit okean boyunca Asiya və Şərqi Avropada da müşahidə ediləcək. Avstraliyada həm qismən, həm də tam tutulmaya baxmaq mümkün olacaq.Xatırladaq ki, bundan öncə tam ay tutulması 2011-ci il iyunun 15-də baş verib, sonrakı tam tutulma isə 2014-cü ildə qeyd alınacaq.

lent.az

OXŞAR XƏBƏRLƏR