"Ayaks"ın 11 futbolçusunda oyundan əvvəl koronavirus aşkarlandı

"Ayaks"ın 11 futbolçusunda oyundan əvvəl koronavirus aşkarlandı
İDMAN
21:23 02.11.2020
620
Niderlandın "Ayaks" klubunun 11 futbolçusu koronavirusa yoluxub.

Amsterdam təmsilçisinin oyunçularının test nəticəsi Çempionlar Liqasının qrup mərhələsinin III turunda Danimarka "Midtüllann"ı ilə oyundan əvvəl müsbət olub.

"Ayaks" bu səbəbdən Danimarkaya 17 futbolçu ilə yollanıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Midtüllann" - "Ayask" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR