Aybəniz Haşımova Şövkət Ələkbərovanın 'Layla'sını təqdim edəcək
MƏDƏNİYYƏT
11:57 13.11.2012
1816
Sabah - 14 noyabrda Şövkət Ələkbərovanın yubiley gecəsi keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında təşkil olunan gecədə xalqımızın əvəzsiz səsi olan mərhum sənətkarın lent yazılarında istifadə ediləcək. Eyni zamanda Şövkət xanımın möhürünü qoyduğu mahnılar sənətçilərin ifasında səslənəcək. Yubileyde Şövkət Ələkbərovanın nəvəsi balaca Şövkət bəstəkar Faiq Sucəddinovun sənətkara həsr etdiyi nəğməsini ifa edəcək. Mərhum müğənninin ən sadiq tələbəsi olan əməkdar artist Aybəniz Haşımova isə Şövkət xanımın ona son öyrətdiyi və öz yerinə səsini filmə yazdırdığı "Layla"nı təqdim edəcək.